Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ballıqayada baş verən qətliamla bağlı protokollar açıqlanıb

Keçmiş separatçı rejimin nümayəndələrinin işi üzrə bu gün keçirilən məhkəmə iclasında 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilən qətliamla bağlı protokollar oxunub və öyrənilib.

Sənədlərə əsasən, avqustun 28-i saat 5 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalından sonra Ballıqaya kəndi yaxınlığında Gülüstan meşəsinin kənarında çadırlarda müvəqqəti məskunlaşan Laçın rayonunun Nağdalı kəndinin sakinləri ümumtəhlükəli silahlardan atəşə tutulub. Nəticədə 24 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Qətliam zamanı öldürülənlərdən 7 nəfəri 18 yaşdan aşağı, 4 nəfəri 60 yaşdan yuxarı, ümumilikdə 13 nəfər qadın, 11 nəfər kişi olub.

Hadisə yerinə baxış protokoluna əsasən, Laçın rayonundan olan məcburi köçkünlər Ballıqaya kəndinin dağlıq hissəsində yerləşən “Fin evi” adlanan tikilidə və 4 çadırda məskunlaşıblar. Həmin gecə atışma təxminən 9 erməni hərbçisi tərəfindən odlu silahdan ümumi təhlükəli şəkildə istifadə edilərək həyata keçirilib. Atəşdən sonra onların yaşadıqları çadırlar yandırılıb.İçərisində bir qadın və 6 uşağın cəsədi, bir çadırda 6 cəsəd, ikincidə 4 cəsəd, üçüncüdə 1 yaralı uşaq və 2 cəsəd, dördüncüdə 2 meyit və 2 yaralı uşaq, “Belarus” traktorunun yanında isə 3 cəsəd tapılıb.

Best coffeeshop in Berlin