Azərbaycanın Astana Böyük Dəbilqə turniri üçün heyəti açıqlanıb
Azərbaycanın qadınlardan ibarət cüdo yığması mayın 9-11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcək.
Komandanın heyətində üç idmançı yer alıb:
Könül Əliyeva (48 kq),
Gültac Məmmədəliyeva (52 kq),
Fidan Əlizadə (57 kq).
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 47 ölkədən 397 idmançı (222 kişi və 175 qadın) iştirak edəcək.


