Bakı və İrəvan sərhəd pozuntuları ilə bağlı məlumat mübadiləsi aparıblar
Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi yerli faktor.am portalının sorğusuna cavab olaraq məlumat verib.
“Ermənistan Respublikası atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycana müvafiq məlumatlar çatdırıb”, - Paşinyanın ofisi qeyd edib və rəsmi Bakının da Ermənistan tərəfinə pozuntularla bağlı məlumat ötürdüyünü bildirib.
“Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə Azərbaycan tərəfinə müvafiq hesabat təqdim edib”, - İrəvan əlavə edib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



