Yeniyetmə cüdoçuların beynəlxalq TMT keçirilib
5-7 may günlərində Quba Olimpiya İdman Kompleksində yeniyetmələr arasında Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq təlim-məşq toplanışı ( TMT) keçirilib. Üç gün davam edən toplanışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Çexiya, Fransa və İJF-ni təmsil edən 280 cüdoçu iştirak edib.
Sözügedən beynəlxalq təlim-məşq toplanışı iyun ayında Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələrin Avropa çempionatına, eləcə də iyulda təşkil ediləcək Gənclərin Olimpiya Festivalina hazırlıq xarakteri daşıyıb.
İNTİQAM Məmmədov


