"Qarabağ" UEFA reytinqində hansı yeri tutur?
Futbol üzrə Avropa kuboklarının yarımfinal mərhələsindən sonra UEFA klubların reytinq cədvəli yenilənib.
Onun tərkibində yeddi Azərbaycan komandası var.
Ölkə çempionu “Qarabağ” 69-cu yerdədir. Qurban Qurbanovun komandasının aktivində 32.000 xal var.
“Neftçi” 8000 xalla 181-ci yeri bölüşür. Digər klublarımız - "Zirə", "Sabah", "Sumqayıt" 4000 xalla 318-ci, "Qəbələ" və "Şamaxı" 3925 xalla 337-ci yeri bölüşürlər.
Qeyd edək ki, reytinqə 143.500 xalla "Real Madrid" başçılıq edir.


