Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələri mülki vətəndaşları mühasirəyə alıb və öldürüb

Bakı Hərbi Məhkəməsində davam edən prosesdə zərərçəkmiş Elşad Alışov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi barədə ifadə verib.

E. Alışov bildirib ki, Kəlbəcərin işğalından sonra Başlıbeli tərk etməyə məcbur olublar və həmin vaxt anası, bacısı, kiçik qardaşı, əmisi oğlanları və əmisinin həyat yoldaşı ilə birlikdə tunel istiqamətində avtomobillə ərazidən uzaqlaşmağa cəhd ediblər.

Lakin erməni hərbçiləri pusqu qurublar.

"Maşımıza atəş açıblar. Anam ayağından yaralanıb, bacımın kəllə sümüyündən yaralanıb. Yaralı anamı kürəyimdə təxminən 300 metr apara bilsəm də, ailəmin qalan hissəsini artıq xilas edə bilmədim. Onlar haqqında hələ heç nə məlum deyil", - E. Alışov bildirib.

Zərərçəkən əlavə edib ki, qonşuları Yusiflə birlikdə yola düşüb və avtomobillərinin vurulduğunu qeyd edib.

“Yusif avtomobildən 50-60 metr aralıda yaralanıb, qardaşı ölüb, həyat yoldaşı və bacısı qızı isə yaralanıb”, o əlavə edib.

Best coffeeshop in Berlin