Məşhur aktrisa vəfat etdi +FOTO
Sovet və rus aktrisası Nina Qrebeşkova 95 yaşında vəfat edib.
Bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Nina Qrebeşkova məşhur rejissor Leonid Qaydayın həyat yoldaşı olub.
Nina Qrebeşkova “Brilyant qol”, “Oğurluq, Qafqaz üslubu və ya Şurikin yeni sərgüzəştləri”, “12 stul”, “Ola bilməz”, “Sportloto-82” və digər filmlərdəki rolları sayəsində məşhurlaşıb.


