Masallı UGİŞM respublika birinciliyində...
Masallıda “Təhsil” Respublika İdman Mərkəzinin şahmat idman növü üzrə uşaq-gənclər idman-şahmat məktəbləri arasında komanda üzrə respublika birinciliyinin seçim mərhələsi keçirilib.
16.05.2025-ci il tarixdə keçirilən yarışlarda Lənkəran-Astara Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı, Astara, Lerik və Cəlilabad rayonlarının uşaq-gənclər idman-şahmat məktəblərinin 4 idmançıdan ibarət komandaları (hər komanda tərkibində 1 qız, 3 oğlan) mübarizə aparıblar.
Masallı UGİŞM seçim mərhələsində birinci yerə sahib olaraq, 18-25 may 2025-ci il tarixdə Tovuz şəhərində keçiriləcək respublika birinciliyində iştirak hüququ qazanıb.
Digər yerlərə müvafiq olaraq Cəlilabad, Astara və Lerik komandaları layiq görülüblər.
Yarışların keçirilməsində məqsəd Azərbaycanda uşaq şahmatının inkişafı, şahmatçıların ustalıq səviyyəsi, təsnifat dərəcələri və beynəlxalq reytinqlərinin artırılmasıdır.
Akif AĞAYEV


