Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı UGİŞM-nin güləşçiləri açıq birinciliyin qalibidir

 

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin, “Pəhləvan” İdman Klubunun və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Fəxrəddin İmanovun xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə U-15 (2010-2011) yaş qrupu üzrə açıq Salyan rayon birinciliyinə yekun vurulub.
Mayın 18-də Salyan Olimpiya İdman Kompleksində keçirilən yarışda Salyan, Saatlı, Sabirabad, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Astara, Biləsuvar, İmişli rayon, Bakı, Sumqayıt və Şirvan şəhər idmançıları güclərini sınayıblar.
Yeniyetmə pəhləvanların mübarizəsində Masallı bahadırları hamıdan güclü olub. Komanda hesabında Masallı komandası birinci, ROİL (Bakı) komandası ikinci, Salyan komandası isə üçüncü yerdə qərarlaşıb.
Qalib idmançılar təşkilat komitəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif ediliblər.
Masallı güləşçilərindən İslam Şükürov (23 kq), Rəsul Qiyasbəyli (26 kq) birinci, Uğur Qafurzadə (20 kq), İqbal Hüseynov (48 kq), Əli Məlikzadə (65 kq), Rəhman Qasımlı (75 kq) ikinci, Həmzə Əzizov (29 kq), Əli və İzzət Məmmədovlar (52 kq) isə üçüncü yerə layiq görülüblər. 
Qeyd edək ki, idmançıları yarışa Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin sərbəst güləş bölməsinin məşqçi-müəllimləri Cavad Həsənov və Maqsud Ağayev hazırlayıb.  

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin