Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan aerobika gimnastları Fransada keçirilən beynəlxalq turnirdə medal qazanıblar

Azərbaycan aerobika gimnastları Tuluzada (Fransa) keçirilən beynəlxalq turnirdə medal qazanıblar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarışıq cütlük proqramında Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medala sahib olublar.

Böyüklərdən ibarət gimnastlar qrupunda Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15,118 xalla ikinci yeri tutaraq gümüş medala sahib olublar.

Yeniyetmələr arasında Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova üçlüyü 16,250 xal toplayaraq bürünc medala sahib olub.

Böyüklər arasında isə Dilyarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayevadan ibarət üçlük də 17,413 xalla bürünc medal qazanıb.

Best coffeeshop in Berlin