Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha 50 ailə Ağdamın Kəngərli kəndinə qayıdır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışı davam edir.

Növbəti mərhələdə 50 ailə, ümumilikdə 207 nəfər kəndə qayıdır.

Bu ailələr əvvəllər müvəqqəti olaraq ölkənin müxtəlif bölgələrində - əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda yaşayıblar.

Doğma torpaqlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Həmçinin, rəşadətli Azərbaycan ordusuna, torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərə minnətdarlıq ifadə ediliblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda 40 minə yaxın insan yaşayır. Bunlara keçmiş məcburi köçkünlərlə yanaşı, bu regionda layihələrin həyata keçirilməsində çalışan şəxslər, habelə ayrı-ayrı dövlət orqanlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində çalışan, fəaliyyətini bərpa etmiş şəxslər daxildir.

Best coffeeshop in Berlin