"Qarabağ" Litva millisinin liderini hədəfə alıb
Futbol üzrə Litva milli komandasının və Albaniyanın “Vora” klubunun hücumçusu Manfredas Ruzgis “Qarabağ”a keçə bilər.
Bu barədə Litva mətbuatı məlumat yayıb.
Məlumata görə, Ağdam klubu artıq futbolçu ilə anlaşıb. Azərbaycan təmsilçisi M.Rüzgisə yaxşı maaş təklif edib və həm də klubuna təzminat ödəməyə hazırdır.
Transferin mövsümün sonunda açıqlanacağı bildirilir.


