Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

16 yaşlı Nuranəni öldürüb Kürə atan əri həbs edildi

Sabirabadda 16 yaşlı arvadını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 21 yaşlı Seyidrəsul Talıbzadənin barəsində həbs qətimkan tədbiri seçilib.

Mayın 22-də Sabirabad Rayon Məhkəməsi istintaq orqanlarının şübhəlinin 4 ay müddətinə həbs edilməsi barədə vəsatətini təmin edib.

Xatırladaq ki, mayın 20-də Sabirabad rayonu ərazisində Kür çayında 2009-cu il təvəllüdlü azyaşlı Nuranə Ələkbərovanın meyiti tapılıb.

İlkin araşdırmalara görə, mayın 18-də rayonun Qudacuxur kəndində ər-arvad arasında münaqişə yaranıb, nəticədə 2004-cü il təvəllüdlü Seyidrasul Talıbzadə arvadını qəsdən öldürərək onun meyitini çaya atıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb.

İstintaq davam edir.

Best coffeeshop in Berlin