Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda şəhid qardaşların ev-muzeyi yaradılıb 

 

Masallıda, şəhid qardaşların – Aprel şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə ev-muzeyi yaradılıb. 
Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev və digər rayon rəsmiləri şəhid qardaşların Viləş kəndindəki ev-muzeyini ziyarət ediblər.
Ziyarət zamanı vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərmizin ev-muzeyindəki şəxsi əşyalarına, dövlət təltiflərinə, hərb sahəsində işlədikləri müddətdə aldıqları təşəkkürnamələrinə, geyimlərinə və ailə fotolarına baxış keçirilib.
Muzey haqqında məlumat verən iki şəhid anası Ziba Əsgərova və atası Bayram Əsgərov qəhrəman övladlarının həyat yolu və döyüş şücaəti barədə xatirələrini bölüşüblər.
Qonaqlar şəhid valideynlərinə onların daim diqqətdə saxlanıldığını bildirərərk, muzeyin daha da zənginləşməsindən ötrü dəstək veriləcəyini diqqətə çatdırıblar.

 

Akif AĞAYEV
 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111