Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün II tura start verilib.
Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında İngiltərə və Macarıstan yığmaları heç-heçə oynayıb.
Milli Gimnastika Arenasında keçirilən C qrupunun qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, İngiltərə ilk turda Ukraynanı 4:0 hesabı ilə məğlub edib. Macarlar Türkiyə ilə heç-heçə oynayıb - 1:1.
Ukrayna - Türkiyə oyunu bu gün saat 19:30-da başlayacaq.
Çad millisi Rumıniya yığmasını 4:2 hesabı ilə məğlub edib.
Komandalar B qrupunda ikinci turun matçında üz-üzə gəlib.
Qrupun digər oyununda isə Fransa Özbəkistanla 3:3 hesablı heç-heçə edib.
İlk görüşdə Fransa Çadı 1:0 hesabı ilə məğlub edib, Özbəkistan komandası isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Fotomüxbir Mahir Əhmədov


