Minifutbol üzrə dünya çempionatının üçüncü günü başa çatıb
Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
A qrupunda mübarizə aparan komanda Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb.
Elşad Quliyevin yetirmələri 4:0 hesabı ilə inamlı qələbə qazanıb.
Azərbaycan millisinin heyətində qolları Elvin Əlizadə (10), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25) və Kamran Abdullazadə (40) vurub.
Qeyd edək ki, ilk turda Azərbaycan yığması Bəhreynlə bərabərə qalıb (1:1), Sloveniya da Mavritaniya ilə eyni hesabla heç-heçə edib.
Bundan başqa türklər 3:1 hesabı ilə qalib gəlib.
B qrupunun ikinci turunda hazırkı dünya çempionu Rumıniya millisi Çad komandası ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında keçirilən oyun Afrika təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:2.
Bu gün digər qrup matçında Fransa Özbəkistanla 3:3 hesablı heç-heçə edib.
Xatırladaq ki, ilk oyunda Fransa Çada 1:0 hesabı ilə qalib gəlib. Özbəkistan isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, mini-futbol üzrə dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Fotomüxbir Mahir Əhmədov


