Qadın muşketyorlarımız DK-da fiaskoya uğrayıblar
Perunun paytaxtı Limada qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunun mərhələ yarısı keçirilib. Turnirdə Azərbaycan Zərifə Hüseynova, Səbinə Kərimova və Polina Kaspirovicdən ibarət trio ilə təmsil olunub.
Təəssüflər olsun ki, musketyorlarimiz nə fərdi, nə də komanda yarışlarında fərqlənə bilməyiblər. Komanda yarışının 1/8 finalında Yaponiyaya (37:45) uduzan komandamızın üzvlərindən yalnız Kaspirovic fərdi yaşayışlarin 1/8 finalına qədər gedə bilib.
İNTİQAM Məmmədov


