Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Klassiklər"in ABŞ -la birgə toplanışına start verilib

Bu gün yunan-Roma güləşi üzrə əsas yığmamız ABŞ millisi ilə birlikdə Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına (TMT) başlayıb. Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında startı verilən TMT-yə 26 güləşçi cəlb edilib. Toplanışa iyunun 6-da yekun vurulub. 

Yeri gəlmişkən, Quba TMT 17-20 iyun günlərində Macarıstanda keçiriləcək ilin son reytinq xarakterli turnirinə və eləcə də 13-21 sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin