Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Qadın cüdo komandamız AK-da birinci olub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında cüdo üzrə keçirilən və Azərbaycanın qadın komandasının da iştirak etdiyi Avropa Kubokuna yekun vurulub. Turnir Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, ikisi qızıl, ikisi bürünc əyarlı olmaqla 4 medal qazanan qadın yığmamız qadınlar arasında komanda hesabında birinci yeri tutub. Ümumi komanda hesabında isə Azərbaycan 5-ci olub 

Yığmamızın heyətində Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Çıxışını üçüncü yerdə bitirən Leyla Əliyeva (48 kq) və Günel Həsənli (70 kq) isə bürünc medala layiq görülüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin