Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məktəbli boksçularımız Rusiya turnirini 8 qızılla başa vurublar 

Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş turnir keçirilib. Turnirdə iştirak edən Azərbaycan komandası çıxışını 8 qızıl medalla başa vurub. AVF-dan verilən məlumata görə, yığmamızın aktivinə yazılan qızıl medalları Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) əldə edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin