Hərbçi boksçularımız Qazaxıstanda beş medal qazanıblar
Almatıda (Qazaxıstan) boks üzrə keçirilən və Ordu Generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir başa çatıb. Sözügedən turnirdə ölkəmizi Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvləri təmsil ediblər. Təmsilçilərimiz uğurlu rinq döyüşü keçirərək ikisi qızıl, üçü bürünc əyarlı olmaqla beş medal qazanıblar. Qızıllar bütün döyüşlərini qələbə ilə başa vuran boksçumuz Sübhan Məmmədovla (48 kq) Maqsud Xasmrtovun (63,5 kq) aktivinə yazılıb. Bürünclər isə Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyevi (71 kq) triosunun payına düşüb.
İNTİQAM Məmmədov


