Məhəmməd Muradlı 7-ci turda büdrəyib
BƏE-nin Dubay şəhərində şahmat üzrə keçirilən və 4 azərbaycanlı zəka sahibinin də qatıldığı turnirdə dünən sayca yeddinci olan növbəti tura yekun vurulub. Tur həmyerlilərimizdən yalnız Şiroqlan Talıbov üçün uğurlu olub. Hesabat turunu qələbə ilə bitirən Talıbov aktivindəki xalların sayını 4-ə çatdırmaqla öz komanda yoldaşı, turda fiaskoya uqrayan Məhəmməd Muradlıya catmaqla 24-cü yerə yüksəlib. Xal itkisi ilə üzləşən Muradlı isə eyni xalla 25-ci olub.
Zərif cinsdən olan təmsilçilərimiz - Gövhər Beydullayeva və Xanım Balacayeva isə turu sülh şəraitində başa vurub.
İNTİQAM Məmmədov


