Kişi voleybol millimiz AGL-ya hazırlığı davam etdirir
Baş məşqçisi Fərid Cəlilov olan kişi voleybol yığmamız hazırda Gürcüstanın paytaxtı Tbilisidə yerli komanda ilə birlikdə qarşıdakı Avropa Gümüş Liqasına hazırlıq prosesini davam etdirir. Qeyd edək ki, üç turdan ibarət olan bu turnirin ilk turu 6-8 iyun aralığında İsveçdə keçiriləcək. Burada millimiz ev sahibi olan İsveç və Gürcüstan komandasıyla qarşılaşacaq.
İNTİQAM Məmmədov


