Azərbaycanın üç güləşçisi yarımfinalda
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 güləş üzrə Avropa çempionatı start götürüb.
İyunun 15-də başa çatacaq çempionatın ilk günündə yunan-Roma güləşçiləri çıxış ediblər.
Azərbaycan millisindən döşək üzərinə çıxan 5 idmançıdan üçü yarımfinala yüksəlib.
48 kq
Qurban Məcnunov debüt döyüşündə macar Gerqo Zatko (11:2) və türk Barış Soylunu (6:1) məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda erməni Martin Mandjikyanla döyüşəcək.
55 kq
Ayxan Əsədli belaruslu Aleksandr Belyakovu 6:3 hesabı ilə məğlub etsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə uduzub.
65 kq
Ramil Musayev italiyalı Alessio Arancio üzərində qələbə qazanaraq 1/8 finala yüksəlib. Lakin o, bu mərhələdə belaruslu Vladislav Solovyova 3:5 hesabı ilə uduzub.
80 kq
Nicat Eylaqəliyev çexiyalı Jachym Jaburek (8:0), yunanıstanlı Stefanos Vasdekisi (6:1) və gürcü Giorgi Ormotsadzeni (9:0) məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda güləşçimiz litvalı Benediktas Bubeleviçiusla qarşılaşacaq.
110 kq
Rihad İbrahimli belaruslu Matvei Silish (5:1) və polyak Mateuş Tomelkanı (11:2) məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda o, ukraynalı Anatoli Novaçenko ilə qarşılaşacaq.
Yarımfinallar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, turniri birinci dərəcəli hakim Vüqar Şükürov idarə edir.


