Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Masallı Qadın Resurs Mərkəzinin sərgi-satış yarmarkası

Masallıda rayon Qadın Resurs Mərkəzinin təşkilatçılığı ilə sərgi-satış yarmarkası keçirilib.

Masallı “Viləş” otel istirahət mərkəzində təşkil olunan sərgidə kiçik biznesini qurmuş 15 sahibkar qadının müxtəlif çeşidli məhsullarının (kənd təsərrüfatı məhsulları, şirniyyatlar, əl ilə toxunan müxtəlif ölçülü xalçalar, geyim və aksessuarlar, təbii üsulla hazırlanan ətriyyatlar, saxsı qablar və s.) təqdimatı və satışı həyata keçirilib.

Sahibkar qadınlar bu cür yarmarkalar vasitəsilə təcrübə qazandıqlarını, daha çox məhsul satmaqla yaxşı gəlir əldə etdiklərini vurğulayıblar.

Akif AĞAYEV

Best coffeeshop in Berlin