Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AÇ -də qızların yarışı başlayır 

Şimali Makedoniyanin paytaxtı Skopyedə 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən üçüncü günü zərif cinsdən olan güləşçilər döşək üzərinə çıxacaqlar. AGF-dən verilən məlumata görə bu gün zərif cinsdən olan üç təmsilçimiz mübarizəyə qatılacaq. Bu trioda isə Xədicə Qurbanzadə (48 kq), Ülviyyə Musayeva (57 kq) və Fidan Babayeva (65 kq) yer alıb.

Bu gün saat 19:00-dan sonra isə yunan-Romaçılar medallr uğrunda mübarizə aparacaqlar. Azərbaycan güləşçilərindən Abdulrəhman Hüseynli (45 kq) və Əli Nəzərov (60 kq) çempionluq uğrunda final görüşünə çıxacaq. Elşad Abbasov (51 kq) isə bürünc medal uğrunda güləşəcək. 

Yeri gəlmişkən, dünən yunan-Romaçılarımız biri qızıl, ikisi bürünc olmaqla 3 medal qazanıb.

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin