“İnsan Hüquqları aylığı” çərçivəsində Azərbaycan İstiqlal Muzeyində tədbir keçirildi
03 iyun 2025-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 18 may-18 iyun tarixləri “İnsan Hüquqları aylığı” çərçivəsində Azərbaycan Milli
Konservatoriyasının nəzdində Musiqi Kollecinin birgə təşkilatçılığı ilə
“Azərbaycan Uşaqları İctimai Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi “ üçün həm maarifləndirici , həm də əyləncəli tədbir keçirildi.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli tərəfindən uşaqlara maraqlı ekskursiya aparıldı. Ekskursiya zamanı uşaqlar Azərbaycanımızın tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış oldular. “ Azərbaycan Uşaqları “ İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə çıxışında uşaqların hüquqlarının müdafiəsi haqqında söz açdı. Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin işlərindən , uşaqlara dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğısından danışdı.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələri tərəfindən konsert proqramı təqdim edildi.


