Gənclər və idman naziri Masallıda region gənclərilə görüşüb
İyunun 12-də gənclər və idman naziri Fərid Qayıbov Masallı “ASAN xidmət” mərkəzində Lənkəran-Astara regionu gəncləri ilə görüş keçirib.
Görüş zamanı nazir gənclərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Fərid Qayıbov həyata keçirilən yeni layihələr barədə danışıb, gənclərin ictimai fəallığının artırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə gənclərin karyera planlaşdırması, təhsil, şəxsi inkişafı ilə bağlı onlar üçün yaradılan imkanlar barədə müzakirələr aparılıb


