Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Azərbaycan dövlətçiliyinin xilas günü” – Masallıda konfrans 


Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri öz əks etdirən amildir.”
                           Ümummilli lider   Heydər Əliyev

 

“Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi oldu.”

                                     Prezident İlham Əliyev

 

Milli Qurtuluş Gününün 32 illiyini qeyd edirik. Bu münasibətlə ölkənin hər yerində olduğu kimi Masallıda da silsilə tədbirlər təşkil edilir.
İyunun 13-də, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Masallı Dövlət Regional Kollecinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan dövlətçiliyinin xilas günü” adlı konfrans bunun bariz nümunəsidir. 
İştirakçılar Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra Mərkəzin geniş zalında davam edən tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.
Sonra Qurtuluş Gününə həsr olunmuş videoçarx izlənilib.
Konfransı giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov iştirakçıları salamladıqdan sonra onları qarşıdan gələn Qurtuluş Günü münasibətilə təbrik edib. O, bildirib ki, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına və bolşevik işğalı nəticəsində süquta uğramasına baxmayaraq, müasir, milli suveren dövlət qurmaq, onun idarəçilik, müdafiə, təhlükəsizlik institutlarını formalaşdırmaq, ölkənin beynəlxalq əlaqələrini təşkil etmək ənənəsini yaratmışlar. Xalqımızın tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı və iyunun 15-də Ali Sovetin sədri seçilməsi ilə başlayan dövr Azərbaycanda müstəqil dövlətin qurulduğu, möhkəmləndirildiyi və gələcək inkişaf üçün təməllərin yaradıldığı mühüm tarixi mərhələdir.
Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova məruzəsində qeyd edib ki, milli müstəqillik tarixində Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyəti Azərbaycanda dövlətçilik konsepsiyasının praktik şəkildə həyata keçirilməsilə səciyyələnən və bugünədək Prezident İlham Əliyev tərəfindən daima göz bəbəyi kimi qorunan siyasi və mənəvi güc, qüdrət mənbəyimizdir.
Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin əsasları yaradıldı. 
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyindən bəhs edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti Emin Məlikov, Azərbaycan Dövlət Pedaqoji Universitetin Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Astara Pedoqoji Kollecinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynova, Masallı rayon Tarix-Diyarşünaslıq Müzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışlarında vurğulayyıblar ki, XX əsr Azərbaycan tarixinin böyük hissəsi Heydər Əliyevin genişmiqyaslı quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq öz müstəqilliyinə qovuşduğu tarixi mərhələ, onun həyat yolu isə öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin təcəssümü, ümummilli məqsədlər uğrunda fədakarlığın və mübarizliyin rəmzi olmuşdur. Buna görə də Azərbaycan xalqının xoşbəxt gələcəyi, dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin