Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da Milli Qurtuluş Günü qeyd olunub +FOTO=7

Bakı Dövlət Universitetində (BDU) 15 iyun – Milli Qurtuluş Gününün 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Milli Qurtuluş Gününün xalqımızın tarixi taleyini müəyyənləşdirən gün olduğunu bildirib. O qeyd edib ki, XX əsrin sonlarında milli dövlətçilyimizin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir şəraitdə məhz Ümummilli Lider Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin xilası missiyasını əzmlə öz üzərinə götürüb: “Həyatının məqsədi yalnız doğma xalqının xoşbəxtliyi və tərəqqisi olan Ulu Öndər Heydər Əliyev hələ XX əsrin 70-ci illərindən – Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən sovet hakimiyyətinin bütün təqib və təzyiqlərinə baxmayaraq, dövlətimizin suverenliyinə, xalqımızın milli qurtuluşuna gedən yolun təməlini qoyur, şüurlarda, beyinlərdə bugünkü günlərimizin toxumlarını cücərdirdi. XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı, xaos və anarxiya dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaratdı. Bu ağır vəziyyətdən Azərbaycanı yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ilin mürəkkəb, ziddiyyətli və ağır iyun günlərində xalqın çağırışına səs verən Ümummilli Lider Heydər Əliyev yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizin həyatında yeni mərhələnin əsası qoyuldu. Xalqın çağırışı ilə Bakıya dönən Ulu Öndər yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir xalq olaraq hədəflərimizi, gedəcəyimiz yolu inamla bəyan etdi”.

Rektor bildirib ki, Ulu Öndərin 1993-2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Azərbaycan postsovet ölkələri ilə müqayisədə keçid dövrünün çətinliklərini daha uğurla arxada qoyub, sürətli dirçəliş mərhələsinə daxil oldu. Xalqımızı bəlalardan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər qısa müddət ərzində bugünkü qüdrətli Azərbaycanın prioritetlərini müəyyənləşdirdi. Dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını hazırladı. Dahi şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsi isə həmin prioritetləri, inkişaf konsepsiyasını özündən sonra həyata keçirəcək siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli qurtuluş konsepsiyasını inamla həyata keçirdi. Bununla da xalqımızın, dövlətimizin hərtərfli rifahına, tərəqqisinə nail olundu. Ulu Öndərin müqəddəs ata vəsiyyəti 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan xaosdan, özbaşınalıqdan, vətəndaş müharibəsindən, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən qurtulmuşdusa, Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri ilə işğal altında olan bütün torpaqlarımız əsarətdən xilas oldu. Bununla da müstəqil, qüdrətli, suveren, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın həyatında yeni-yeni səhifələr açıldı. Bundan sonra Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük tərəqqi, davamlı inkişaf və xoşbəxt günlər gözləyir!”.  

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin üzvü Rizvan Nəbiyev, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər. Bildirilib ki, qüdrətli Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir.

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayiş olunması ilə başa çatıb.

* * *

RUS:

В БГУ отметили День национального спасения

В Бакинском государственном университете (БГУ) прошло мероприятие, посвященное 32-й годовщине 15 июня — Дня национального спасения.

Выступая на мероприятии, ректор БГУ Эльчин Бабаев сказал, что День национального спасения — это день, который определил судьбу нашего народа. Он отметил, что в конце XX века, когда национальная государственность оказалась перед угрозой уничтожения, именно общенациональный лидер Гейдар Алиев решительно взял на себя миссию спасения народа и нашей государственности: «С 70-х годов XX века - с первых дней своего руководства Азербайджаном великий лидер Гейдар Алиев заложил основу суверенитета нашего государства и национального спасения нашего народа. Наше государство, вновь обретшее независимость в конце XX века, через короткое время столкнулось с угрозой ее потери. В июне 1993 года кризис власти, хаос и анархия в стране создали угрозу потери государственной независимости. Только великий лидер Гейдар Алиев мог спасти Азербайджан из этой тяжелой ситуации. В сложные, противоречивые и трудные дни июня 1993 года общенациональный лидер Гейдар Алиев вернулся к власти в Азербайджане. Таким образом, была заложена основа нового этапа в жизни страны. Вернувшись в Баку, великий лидер был избран председателем Верховного Совета Азербайджанской Республики. Он уверенно объявил наши цели и путь, по которому мы пойдем как народ». Ректор сказал, что в период правления великого лидера, который охватывал 1993-2003 годы, Азербайджан более успешно, чем другие постсоветские страны, оставил позади трудности переходного периода и вступил в этап стремительного возрождения. Великий лидер, спасший народ от бед, а государственность от угрозы уничтожения, за короткий срок определил приоритеты нынешнего могущественного Азербайджана. Он подготовил всеобъемлющую концепцию развития нашей государственности. Самым большим вкладом великой личности в азербайджанский народ стало воспитание политического преемника, который воплотил бы в жизнь эти приоритеты и концепцию развития после него. Президент Ильхам Алиев, возглавляющий страну с 2003 года, уверенно реализовал национально-освободительную концепцию Гейдара Алиева. Было достигнуто всестороннее благополучие и прогресс народа и государства. Священный отеческий завет великого лидера был решительно и самоотверженно выполнен Президентом, Верховным главнокомандующим Ильхамом Алиевым в результате исторической Победы, одержанной в 44-дневной Отечественной войне в 2020 году. Если в 1993 году благодаря великому лидеру Гейдару Алиеву Азербайджан был спасен от хаоса, произвола, гражданской войны и угрозы уничтожения нашей государственности, то благодаря Отечественной войне и однодневному антитеррористическому мероприятию в 2023 году все наши оккупированные земли были освобождены от оккупации. Таким образом, были открыты новые страницы в жизни независимого, сильного, суверенного и полностью обеспеченного территориальной целостностью Азербайджана. Отныне страну ждет еще больший прогресс, устойчивое развитие и счастливые дни под руководством Президента Ильхама Алиева!»

На мероприятии также выступили председатель Комитета Милли Меджлиса по природным ресурсам, энергетике и экологии Садиг Гурбанов, депутат Милли Меджлиса Ризван Набиев, декан исторического факультета БГУ Ибрагим Зейналов и преподаватель факультета международных отношений и экономики Айтен Гурбанова.

Мероприятие завершилось показом видеоролика, посвященного Дню национального спасения.

Best coffeeshop in Berlin