Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

HÜMBƏT QULİYEV: 

İtlər haqqında (esse)

Cins itlərin olduğunu hamınız bilirsiniz. Pasportu olanları, son üç yüz ildə nəsli xüsusi dəqiqliklə seçilib, qorunan itləri deyirəm. Bunlar elitar itlərdir. Çox ağıllı olurlar. Özlərinə də, yiyələrinə də hörmət bəsləyirlər…

Bir də əcdadları bilinməyən, nəinki pasportu, heç adi arayışı belə olmayan, necə deyərlər, adı it dəftərində olmayanlar da var.

Hər dildə bu itlərin öz adları olur. Bizlərdə bunlara küçə itləri deyilir. Hə, gündə küçədə gördüyünüz itləri deyirəm. Bayaq parkda beləsinin birini yaxından gördüm.

Diqqətlə ona baxdım.

Qısa ayaqları taksa cinsindən, bədən quruluşu dəqiq doberman cinsindən, sifətinə buldoqluq iri hərflərlə yazılmışdı, qulaqları alman ovçarkasından, boynu bir mənalı rotveylerdən yadigar idi…

Belə itlərin yaşam üstünlükləri var, ən ağır it həyatına, hər cür qidalanmağa uyğunlaşa bilirlər.

Amma bu itlərin bircə çatışmazlıqları var. Onlardan hər şey gözləmək olar. Ehtiyacsız hürə də bilir, qəfil tuta da bilir. Böyük ehtimalla heç özü də bilmir ki, sonrakı dəqiqədə nə edəcək.

Yazığı qınamaq da olmur, içindəki hər cins bir şey deyir, o da çaşıb qalır ki, neyləsin?!

Dönüb ətrafımdakı insanlara baxıram. Bax bunun iri almacıq sümukləri monqollardan…Yox, insanlarla işim yoxdur. Amma bəzi insanlardan da, hər ehtimala qarşı qorunmalı və ehtiyatı əldən verməməlisiniz, çünki onlarda da o qədər qarışıq var ki, bilmirsən nələr çıxa bilər içərilərindən…

Belə hallarda gümanımız yalnız babalarımız deyənə qalır; itlə dostuq elə, amma çomağını da yerə qoyma!

Düşünürəm ki, bu atalar sözündə də itə aid fikir bir faiz ola, ya olmaya…

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin