Yaponiya dünya çempionatında liderliyini qoruyub
Yaponiyanın cüdo komandası Budapeştdə (Macarıstan) keçirilən dünya çempionatında liderliyini qoruyub.
Üç günlük yarışdan sonra cüdonun yaradıcılarının hesabında üç qızıl, bir gümüş və üç bürünc medal var.
Tam medallar dəsti ilə Fransa ikinci yerdə (1-1-1), İtaliya isə üçüncü yerdədir (1-0-0).
Üç gündən sonra ümumilikdə 14 ölkə medal qazanıb.
Azərbaycan komandası hələ ki, fərqlənə bilməyib.


