Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybol millimiz AQL-da çıxışını fiaskoyla bitirib 

Azərbaycanın qadın voleybol yığması da daxil olmaqla, 12 komandanın üç turda mübarizə apardığı Avropa Qızıl Liqasının mərhələ yarışları başa çatıb. Baş məşqçisi Faiq Qarayev olan Azərbaycan millisi son iki matçını Xorvatiyanın Zadar şəhərində keçirib. Təəssüflər olsun ki, millimiz ilk iki turda keçirdiyi 4 oyunda olduğu kimi, bu turda da meydana çıxdığı hər iki oyunda məğlubiyyətlə üzləşib. Əvvəlcə Rumıniyaya quru hesabla (0:3) uduzan millimiz, ardından ev sahibi Xorvatiya komandasına 1:3 hesabla məğlub olub.

Bununla da Azərbaycan millisi turnirlə vidalaşıb.

Xatırladaq ki, reqlamentə görə, turnirə qatılan 12 komandanın hərəsi 6 keçirib. Ümümi yarış cədvəlində ilk 4 yeri tutan komandalar dördlər finalına yüksəlib. Bu mərhələnin oyunları 28-29 İyun günlərində İsveçdə keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin