Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi voleybol millimiz AGL-nin ikinci turunda qələbə qazana bilməyib

Azərbaycanin kişi voleybolçulardan ibarət milli komandasının iştirak etdiyi Avropa Gümüş Liqasında ikinci turun oyunları baş tutub. Baş məşqçisi Fərid Cəlilov olan kişi millimiz bu turun oyunlarını doqma divalar arasında keçirib. Təəssüflər olsun ki, Bakı Voleybol Mərkəzində baş tutan hər iki oyunda Cəlilovun yetirmələri məqlubiyyətlə üzləşib. Əvvəlcə Lüksemburq komandasına quru hesabla (0:3) uduzan Azərbaycan millisi ardından Macarıstana məğlub olub - 1:3.

Xatırladaq ki, yiqmamiz İsveçdə keçirilən ilk turda meydan sahibinə quru hesabla uduzsa da Gürcüstan komandasını üstələyə bilmişdi 3:0.

Yeri gəlmişkən, 8 komandanın iştirak etdiyi bu turnirin üçüncü turunun oyunları 20-22 iyun günlərində Farerdə baş tutacaq. Həmin turda isə millimiz ev sahibi və Avstriya yığması ilə qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin