Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Basketbolçu oğlanlardan ibarət U-18 millimizin Gürcüstan TMT-si yekunlaşıb 

18 yaşlı oğlanlardan ibarət olan basketbol millimizin (U-18) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən təlim-məşq toplanışı (TMT) başa çatıb. Qeyd edək ki, iyunun 11-dən etibarən baş məşqçi Anar Sariyevin rəhbərliyi altında keçirilən toplanış ərəfəsində millimiz yerli komandalarla bir neçə yoxlama oyunları da keçirib.

Oyunların nəticələri belədir:

Azərbaycan U-18 - Gürcüstan Bədən Tərbiyəsi Universiteti - 67:73;

Azərbaycan U-18 - Gürcüstan U-20 - 51:89;

Azərbaycan U-18 - SEU BK - 70:58.

Yeri gəlmişkən, Tbilisi toplanışı qarşıdakı Avropa çempionatının B divizionuna hazırlıq xarakteri daşıyıb.  Çempionat iyunun 25-dən iyulun 3-dək Rumıniyanın Pteşti şəhərində keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin