Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

FHN-nin qadın voleybol komandası çempion olub

Gənclər İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında qadın voleybolçularin ölkə çempionatı keçirilib. AVF-dan verilən məlumata görə, Bakı Voleybol Mərkəzində baş tutan bu yarışın qalibi adını Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb. FHN komandası həlledici final matçında SOKAR təmsilçisini məğlub edib.

Yarışda üçüncü yeri ASAN xidmət tutub. 

İyunun 19-da isə həmin məkanda kişilərin analoji yarışı keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin