YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Verdiyi pozalar ilə ortalığı qarışdıran gözəl model bu dəfə İstanbuldadır
2022-ci il dünya çempionatında tribunalarda cəsarətli geyimləri ilə tanınan xorvat model İvana Knöll bu dəfə Çempionlar Liqasının finalı üçün İstanbula gəlib. Gözəl model yenə verdiyi pozalarla diqqət çəkib. 2022-ci il Dünya Kubokunda adından söz etdirən İvana Knöll qısa zamanda dünya üzrə 3,4 milyon izləyiciyə çatıb. Turnirdəki matçlara qatılan gözəl model bu dəfə Çempionlar Liqasının final matçı üçün İstanbula gəlib. Finaldan əvvəl azarkeşlər tribunalarda yerlərini alarkən, dünya çempionatına damğasını vuran İvana Knöll stadiona erkən daxil olub. Xorvatiyalı model Knöll dünya çempionatında olduğu kimi cəsarətli geyim seçimi ilə diqqət çəkib.
Qeyd edək ki, İvana Formula 1-i izləmək üçün Bakıya da səfər etmişdi.


