Yenə də FHN birinci olub
Azərbaycan Voleybol Federasiyası və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə dövlət qurumları arasında kişi voleybolçularin ölkə çempionatı keçirilib. AVF-dan verilən məlumata görə, Bakı Voleybol Mərkəzində baş tutan bu turnirin qalibi adını qadınların analoji yarısında olduğu kimi Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb. Burada da eyni ilə FHN həlledici finalda SOCAR-ın komandasını məqlub edib. İlk üçlüyü isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tamamlayıb.
İNTİQAM Məmmədov


