Qadın muşketyorlarımız AÇ-da fiaskoya uğrayıblar
İtaliyanın Genuya şəhərində qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi fərdi və komanda Avropa çempionatı başa çatıb. Təəssüflər olsun ki, heyəti Səbinə Kərimova, Zərifə Huseyn və Polina Kaspirovic triosundan ibarət olan komandamiz nə fərdi, nə də komanda yarışında fərqlənə bilməyib. Fərdi yaşayışlarda triomuzdan yalnız Səbinə qrip mərhələsini aşaraq pley-offa adlaya bilib. Lakin burda ukraynalı Daria Qontdovaya uduzaraq (12:15/ mübarizəni dayandırıb. Zərifə ilə Polina isə çıxışını elə qrupdaca başa vurub.
16 komandanın mübarizə apardığı komanda yarışına gəlincə, yığmamız 1/8 finalda Almaniya milisinə məğlub olub - 44:45. Bundan sonra komandamız 9-16-ci yerlər uğrunda mübarizə aparıb. Lakin Yunanistanla ilə görüşdə uduzan ( 42:45) yığmamız ardından Böyük Britaniya yığmasını udaraq (45:33) yalnız 11-ci ola bilib.
İNTİQAM Məmmədov


