Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə cüdoçularımız Praqada AK-ya qatılacaqlar 

5-6 iyul günlərində Çexiyanin paytaxtı Praqada yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək. İki gün davam edəcək bu turnirdə Azərbaycan böyük heyətlə iştirak etməyi planlaşdırıb. ACF-dən verilən məlumata görə 23 nəfərlik heyətdə 15 oqlan və 8 qız yer alacaq.

Onu da qeyd edək ki, heyətdə gənclər arasında Avropa çempionu Süleyman Şükürov, yeniyetmələrin dünya birinciliyinin qalibi Cəsur İbadlı, yeniyetmə qızların dünya çempionu Xədicə Qədəşova və Avropa çempionu Aydan Vəliyeva yer alacaq.

Turnirdə ümumilikdə 32 ölkəni təmsil edən 500 idmançı medallar uğrunda yarışacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin