Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə 1-ci Qarabağ müharibəsi Şəhid Miriş Rüstəmovun məzarı ziyarət olundu +FOTO=18

1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş Rüstəmov Miriş Mamed oğluna məhkəmə qərarı ilə şəhid statusu verilmişdi. Beyləqan rayon qəbiristanlığında naməlum əsgər adı ilə dəfn olunan Miriş Rüstəmovun DNT analizi nəticəsində kimliyi məlum olunaraq Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunmuşdu.
AZpress.AZ saytının bölgə müxbiri xəbər verir ki, iyunun 24-də şəhidimizin 40 mərasimi qeyd olunub. Mərasimdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin nümayəndəsi, rayon ictimaiyyəti, habelə şəhid ailələri, şəhidin ailə üzvləri, ağsaqqalar şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər. Ağcabədi Şəhər “Cümə” məscidinin imamı Röya Balayev şəhidin ruhuna dualar oxuyub. 
   Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri Əlizadə Nəcəfov I Qarabağ müharibəsində mütəşəkkil ordunun mövcud olmamasına baxmayaraq minlərlə qeyrətli oğullarımızın silaha sarılaraq Vətənin müdafiəsinə qalxdığından danışıblar.
Miriş Rüstəmov da sinəsində ürək əvəzinə Vətən gəzdirən belə oğullarımızdan biri idi.O,  1993-cü ilin avqust ayının 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq itkin düşmüşdü.Bu gün Miriş adlı Vətən qəhrəmanımızın ruhu şaddır. Çünki onun düşməndən azad etmək istədiyi Qarabağ torpaqları indi tam azaddır.
Qeyd edək ki, şəhidimizin məzarüstü abidəsi Ağcabədi Rayon İcra Hakimiyyətinin vəsaiti hesabına hazırlanıb. 

Allah rəhmət eləsin!

Mais  İbrahimov

Best coffeeshop in Berlin