Saxlanılan bağlamanızı gömrük orqanına gəlmədən də əldə edə bilərsiniz
Xaricdən sifariş etdiyiniz bağlamanız saxlanılıbsa, gömrük orqanına gəlmədən də bağlamanızı əldə edə bilərsiniz.
Smart Customs mobil tətbiqi üzərindən “Elektron ticarət-sadələşdirilmiş bəyannamə” xidmətinə daxil olursunuz.
Saxlanılan bağlamaya aid bəyannamənin qarşısındakı “çatdırılma” ikonunu seçirsiniz.
“Malların gömrük ərazisindən çıxarılmasını daşıyıcı şirkətə həvalə edirəm” xanasını işarələdikdən sonra təsdiqləyirsiniz və beləliklə, gömrük orqanına gəlməyinizə ehtiyac qalmır.


