Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

AĞADDİN BABAYEV: 

Lənkəran teatrında Avstriya dramaturqunun monotamaşası hazırlanır

Lənkəran Dövlət Dram Teatrında Avstriya dramaturqu Piter Turrininin "Bu da axırı" əsəri əsasında hazırlanan eyniadlı monotamaşanın məşqləri davam etdirilməkdədir. 

İşlədiyi teatrda uzun illərdən bəri lazımi dəyəri görməyən və son nəticədə intihara əl atan aktyorun ağır psixoloji sarsıntılarını özündə əks etdirən bu səhnə əsərinə  B.Şukin adına Moskva Teatr İnstitutunun məzunu,  Akademik Rus Dram Teatrının rejissoru  Abdulla Elşadlı quruluş verib. 

Tamaşanın quruluşçu rəssamı isə Nərgiz Baxşızadədir.

Baş rolu aktyor Əbülfəz Axundov ifa edir. 

Qeyd edək ki, iyun ayının sonlarında təhvil verilməsi gözlənilən bu səhnə əsəri aktyor Əbülfəz Axundovun 50 illik yubileyinə benefis kimi hazırlanır.

Best coffeeshop in Berlin