Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

“Şuşa - Qafqazın mirvarisi” kitabı Parisdə fransız dilində  çap edilmişdir.

Parisdə nəşr edilmiş və həmmüəllif olduğum “Qafqazın mirvarisi - Şuşa” adlı kitabda Şuşaın tarixən Azərbaycanın maarifçilik və mədəniyyət beşiyi olması əsaslı faktlarla öz əksini tapdı.
Avropanın tanınmış və ilk mətbu nəşrlərindən biri,  1631-ci il, mayın 30-dan dərc olunmağa başlamış Fransanın  ilk qəzeti olan “La Gazette”nin baş icraçı direktoru, tanınmış jurnalist Jan-Mişel ilə birlikdə yazılmış və çox çətinliklə ərsəyə gəlmiş “Şuşa - Qafqazın mirvarisi” kitabı Parisdə fransız dilində  çap edilmişdir.
Qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi bu bənzərsiz və müqəddəs şəhər "QAFQAZIN MİRVARİSİ" olmaqla yanaşı, həm də Azərbaycanın ürəyidir. Biz bunu Parisin özündə nəşr edilmiş kitabımızda dünyaya çatdırdıq.
Vətən uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin ruhu şad olsun!

Best coffeeshop in Berlin