Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib

Mərakeş Krallığının Rabat şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – ICESCO-nun və Pakistanın Ali Təhsil Komissiyasının təşkilatçılığı, Bakı Dövlət Universitetinin (BDU) tərəfdaşlığı ilə keçirilən "İslam dünyası universitetlərinin 6-cı prorektorlar forumu" (“6th Vice Chancellors’ Forum of Universities in the Islamic World” - VC Forum 2025) çərçivəsində “İslam dünyasında ali təhsilin yenidən təşkili: İnnovasiya, davamlılıq və qlobal təsir” mövzusunda panel müzakirəsində BDU-nu rektorun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova təmsil edib.

 

Panel çərçivəsində ali təhsilin beynəlxalq standartlara inteqrasiyası prosesində milli dəyərlərin qorunması, ənənəvi dəyərləri özündə saxlayan kurikulum modellərinin qurulması, keyfiyyət təminatı və qarşılıqlı tanınma mexanizmləri müzakirə olunub.

 

Şəbnəm Səfərova çıxışında son illərdə BDU-nun inkişaf istiqamətləri barədə məlumat verərək qeyd edib ki, ali təhsil müəssisəsi beynəlxalq əməkdaşlıq, rəqəmsal və yaşıl transformasiya, eləcə də elmi tədqiqat sahələrində mühüm irəliləyişlərə nail olub. Universitetin nüfuzlu beynəlxalq reytinq cədvəllərində – QS sıralamasında 688-ci pillədə qərarlaşaraq Cənubi Qafqaz regionu üzrə birinci yeri tutması və THE (Times Higher Education) reytinqində dünyanın ən yaxşı 600 universiteti arasında yer alması BDU-nun qlobal elm və təhsil məkanına inteqrasiyasının göstəricisidir.

 

Rektorun müşaviri çıxışında vurğulayıb ki, qloballaşma prosesində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr ənənəvi yanaşmaları qoruyub saxlamaqda maraqlıdırsa, bu kontekstdə ali təhsil müəssisələri arasında diplomların qarşılıqlı tanınması, ortaq keyfiyyət təminatı çərçivəsinin yaradılması, birgə rəqəmsal platformaların formalaşdırılması, eləcə də tələbə və müəllim mobillik proqramlarının genişləndirilməsi kimi təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir.

 

Panelin sonunda Şəbnəm Səfərova qeyd edib ki, ali təhsil yalnız bilik ötürən deyil, eyni zamanda gələcəyin mənəvi və intellektual konturlarını formalaşdıran mühüm təsir vasitəsidir. Bu baxımdan İslam dünyasının universitetləri qloballaşma prosesində iştirakla yanaşı, universal dəyərlərin daşıyıcısı və formalaşdırıcısı rolunu da yerinə yetirməlidirlər.

 

RUS:

Советник ректора БГУ выступила на форуме ICESCO  

Бакинский государственный университет (БГУ) на панельной дискуссии «Реорганизация высшего образования в исламском мире: инновации, устойчивость и глобальное влияние» в рамках «6-го форума проректоров университетов исламского мира» («6th Vice Chancellors’ Forum of Universities in the Islamic World» - VC Forum 2025), который прошел в Рабате (Марокко), был представлен советником ректора Шабнам Сафаровой.

Форум был организован Исламской всемирной организацией по науке, образованию и культуре (ICESCO) и Комиссией по высшему образованию Пакистана в партнерстве с БГУ.

Шабнам Сафарова в своем выступлении представила информацию о направлениях развития БГУ и отметила, что вуз достиг значительного прогресса в сферах международного сотрудничества, цифровой и зеленой трансформации, а также научных исследований. Тот факт, что университет занимает 688 место в рейтинге QS и первое место в регионе Южного Кавказа, а также входит в число 600 лучших университетов мира в рейтинге THE (Times Higher Education), является показателем интеграции БГУ в мировое научно-образовательное пространство.

Советник ректора в своем выступлении подчеркнула, что такие инициативы, как взаимное признание дипломов вузов, создание общей системы обеспечения качества, формирование совместных цифровых платформ, а также расширение программ студенческой и преподавательской мобильности, имеют особое значение для стран-членов Организации исламского сотрудничества.

В завершение панели Шабнам Сафарова отметила, что высшее образование является важным инструментом формирования нравственных и интеллектуальных контуров будущего. В этой связи университеты исламского мира, наряду с участием в процессе глобализации, должны также выполнять роль носителей и формирователей общечеловеческих ценностей.

Best coffeeshop in Berlin