Bəybala Mirzəyev:
Tarixçilər bu cür "qələbə"lərə "Pirr qələbəsi" deyirlər
İstər İranın üç nüvə obyektini bombalamaqla, istərsə də hər iki tərəfə (İran və İsrailə) atəşkəsi diktə etməklə 12 günlük müharibədə son nöqtəni ABŞ qoysa da, lakin SEPAH-ın Tehran küçələrini Xameneinin "qalib", Trampın isə "məğlub" şəkilləri ilə bəzəməsi və "qələbə bayramı" keçirməsi həqiqətən də dünya hərb tarixinin və çağdaş dövrümüzün ən təzadlı və absurd hadisələrindən biridir.
HHM sistemləri tamamilə sıradan çıxarılan, hava məkanı tam olaraq ələ keçirilən, generalları və nüvə alimləri gecə ikən yatağında öldürülən, əksər hərbi hədəfləri və nüvə obyektləri bombalanaraq dağıdılan bir ölkə hansı məntiqlə "qələbə" bayramı keçirir? Aydın məsələdir ki, bu, daxili və xarici auditoriyaya hesablanmış bəsit təbliğatdan başqa bir şey deyil.
P.S. Tarixçilər bu cür "qələbə"lərə "Pirr qələbəsi" deyirlər.


