Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Sumqayıt şəhər 26 saylı məktəbdə 

"44 günün Sumqayıt qəhrəmanları" kitabının təqdimatı oldu

Mayın 18-i Sumqayıt şəhər 26 saylı məktəbdə şairə Esmira Günəşin Sumqayıt şəhidlərinə həsr etdiyi "44 günün Sumqayıt qəhrəmanları" kitabının təqdimatı oldu.Tədbirdə şəhid ailələri məktəbin müəllim və şagird kollektivi iştirak edib. Şagirdlər şairə Esmira Günəşin şəhid Ruslan İmanquliyev, şəhid Ramil Quliyev, şəhid Vüsal Muradova, şəhid Niyameddin Ələkbərova, şəhid Məhəmmədəli Həsənzadəyə, şəhid Elmar Nəsibova, şəhid Rüfət Mustafayevə, şəhid Ruslan Məmmədova, şəhid Əbil Cəbizadəyə, şəhid Tacəddin İsmayılzadəyə, şəhid Sərxan Əliyevə, şəhid Səmid Əliyevə, şəhid Ülvü Məhərrəmova, şəhid Orxan Rəhimliyə, şəhid Elçin Hüseynova, şəhid Qubad Əliyevə, şəhid Anar Qorçuyevə həsr olunmuş şeirlərindən səsləndirərək, səhnəciklər göstərib, vətənpərvər musiqilər dilə gətiriblər. Tədbirin sonunda Məktəbin direktoru Əli Musayev çıxış edərək şəhidlərimizin tanıdılmasında kitabların rolundan danışaraq şairəyə gözəl missiyasına görə təşəkkür edib. Daha sonra şairə Esmira Günəş çıxış edərək , tədbirin hazırlanmasında əməyi olan İngilis dili müəllimi Könül Qafarova və Kitabxanaçı Məhluqə Tağıyeva başda olmaqla hər kəsə təşəkkürnü bildirərək kitablarını təqdim etmək üçün şəhid analarını bir-bir səhnəyə dəvət edib. Şəhid anaları da öz növbəsində övladlarını tez-tez yada salan, tədbirlərlə onları tək qoymayan şairə Esmira Günəşə və məktəb kollektivinə təşəkkür ediblər. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

Best coffeeshop in Berlin