Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Göyə baxanlar gözlərinə inanmadılar- Güclü fırtına kreslonu kağız kimi uçurdu

Ankarada güclü təsiri olan fırtına inanılmaz görüntülərə səhnə olub. Fırtınada oturacağın uçması görənləri heyrətə salıb. Həmin anlar saniyə-saniyə kameraya düşüb.Güclü yağış və tufan təsirli olmağa başlayıb. Fırtına və leysan yağışlar xüsusilə Ankaranın Sincan, Gölbaşı  rayonlarında özünü göstərib. Ankarada qərb və şimal-qərb istiqamətlərindən əsən güclü külək nəticəsində şəhərdə toz buludları yaranıb. Bəzi ağaclar aşıb, bəzi binaların damları uçub. Yağış və güclü külək səbəbindən nəqliyyatın hərəkəti pozulub, xüsusən də yolayrıclarında güclü gölməçələr əmələ gəlib. Fırtına səbəbindən oturacağın səmada uçduğu an kameraya əks olunub.

Best coffeeshop in Berlin