Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ermənistanda daha bir arxiyepiskopla bağlı iş açılıb

Ermənistan Prokurorluğu Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyana qarşı cinayət işi açıb.

Bu barədə "Sputnik Ermənistan"a Baş Prokurorluqdan məlumat verilib.

Din xadimi hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur.

Qeyd olunur ki, iş iyunun 17-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci (hakimiyyəti zorakılıqla devirməyə açıq çağırışlar) maddəsi ilə açılıb.

Eyni zamanda, Ajapaxyan özü bildirib ki, hüquq-mühafizə orqanları hələ də onunla əlaqə saxlamayıb.

Arxiyepiskop Mikael daha əvvəl müsahibəsində bir müddət əvvəl müxalifəti dövlət çevrilişinə çağırdığını açıqlamışdı. Bundan əvvəl “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana qarşı bu maddə ilə iş açılıb.

Best coffeeshop in Berlin