Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avropa çempionu olan U-15 güləş millimiz Vətənə dönür 

Şimali Makedoniyanin paytaxtı Skopyedə 15 yaşlı güləşçilər arasında keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatında sərbəst güləşçilərin yarışına yekun vurulub. Yarış Azərbaycanın sərbəst güləş üzrə U-15 millisi üçün uğurlu olub. AGF-dən verilən məlumata görə, yarışa 13 idmançı ilə 10 çəkidə mübarizəyə qatılan yığma komandamızın 7 üzvü çıxışını mükafatçılar sırasında başa vurub. Bunlardan ikisi qızıl medal qazanmaqla Avropa çempionu, dördü yalnız həlledici finalda büdrəyərək ikinci yeri tutmaqla gümüş medala layiq görülüb və vitse-crmpion olub. Daha bir təmsilçimiz isə üçüncü olmaqla bürünc medala layiq görülüb. Qızıllar Hüseyn Rzazadə (41 kq) ilə Elgün Kərimlinin (85 kq), gümüşlər Cavanşir Süleymanov (38 kq), İbrahim Həsənov (44 kq), Əkbər Əsgərov (48 kq) və Məhəmməd Həsənlinin (62 kq), yeganə bürünc isə Xəyal Şükürovun (68 kq) aktivinə yazılıb.

Xatırladaq ki, U-15 millimiz qazandığı 7 medal və topladığı 161 xalla komanda hesabında Avropa çempionu olub. Bununla da millimiz 2023-cu ildə ilk dəfə Avropada ikinci olaraq vurduğu rekordu təzələyib. 

Yeri gəlmişkən, bu yarışda Ermənistan 114 xalla ikinci, Ukrayna isə 91 xalla üçüncü olub.

Qeyd edək ki, Avropada birinci olan U-15 millimiz bu gün Vətənə dönəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin